Qusarda iki həmyerli arasında dava qanlı sonluqla nəticələnib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayonun Hil kəndi ərazisindən kənd sakini Adil Bədəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Polisin apardığı ilkin araşdırma nəticəsində hadisəninin münaqişə zəminində baş verdiyi məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən A.Bədəlovun həmkəndlisi Fariz Bayrambəyov tutulub.

Faktla bağlı cinayət içi açılıb, araşdırma aparılır.