Lənkəran və Zəngilan polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini silah-sursatla turulub.
AzEuroNews.com-un məlumatına görə, əvvəlcə Mahir Məmmədovdan “Makarov” markalı tapança götürülüb. Daha sonra onun paytaxtın Binəqədi rayonunda 6-cı mikrorayon ərazisində yerləşən parkda “Naqan” tipli tapança gizlətdiyi məlum olub. Həmin silah da polis əməkdaşlarının iştirakı ilə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.