Aparıcı-aktyor Sərxan Kərəmoğlu “Mən səni” adlı mahnısını yeni versiyada təqdim edib.

O, musiqisi Vüqar Camala, sözləri Zemfira Əlişqızına aid olan mahnının ermənilər tərəfindən oğurlanmasını qeyd edib:

“Ermənilər bu mahnını 1999-cu və 2000-ci illərdə Moskvada fəaliyyət göstərən radioda eşidib, iki il sonra “Yana-yana” adı ilə oxudular. Mahnının nəqarətini Nəsibə Zeynalova yazmışdı. Əslində yazılmışdı, Nəsibə xanım tam olaraq zümzümə etmişdi. Bir il sonra xalq artisti Səməd Səmədov bu mahnını məndən satın almaq istədi, razı olmadım. Üstündən bir az keçmədi ermənilər bu mahnını yeni aranjimanda, toy versiyasında oxudular. Qısa aradan sonra Kamran Həsənli ermənilərin etdiyi aranjimanda bunu oxudu. Adını da qoydu ki, bacım Gülər 10 il bundan qabaq yazıb. İndi mahnını yeni versiyada təqdim edirəm”. (axsam.az)