Bərdə sakinin evini soyub daha sonra yandıran dəstə zərərsizləşdirilib.

Rayon polis şöbəsindən AzEuroNews.com-un məlumatına görə, Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb. Görülən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.