ABŞ sentyabr ayında Deyr-əz Zorda ordu qüvvələrinə aid hərbi mərkəzi bombalamaqla İŞİD-ə dəstək olub.
Bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
Xatırladaq ki, sentyabrın 17-də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin sözügedən şəhərdə rejimə aid hərbi mərkəzi bombalaması nəticəsində 80 hərbçi həlak olmuşdu.
Pentaqon isə bombardmanın yanlışlıqla həyata keçirildiyini bildirmişdi.