Gəncədə çay evindən oğurluq edən tutulub.

AzEuroNews.com-un məlumatına görə, Gəncə şəhər sakini Aqil Musayevə məxsus çay evindən televizor və modem oğurlamaqda şübhəli bilinən şəhər sakini Elvin Quluzadə tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki daha 2 kafedən ümumilikdə 920 manat pul, spirtli içki və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.