Türkiyənin Diyarbəkır şəhərində güclü partlayış baş verib.

Hadisə Diyarbakır şəhərinin Bağlar rayonunda Təhlükəsizlik İdarəsinin binasının qarşısında törədilib.

Məlumata görə, partlayış səsi şəhərin bir çox yerlərində eşidilib. Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb edilib.