Türkiyənin kürdpərəst müxalifət partiyası olan Xalqların Demokratik Partiyası (HDP) liderləri ilə yanaşı ən azı doqquz digər millət vəkili də həbs edilib.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, Selahittin Demirtaş və Figen Yüksekdağ terrorizm əleyhinə əməliyyat çərçivəsində evlərində həbs ediliblər, təhlükəsizlik mənbələrindən Türkiyə mediasına bildirilib.

Cənab Demirtaşın Diyarbakır şəhərində həbsindən bir neçə saat sonra şübhəli avtomobil partlayışı olub, 20 nəfər yaralanıb.

Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır şəhərində kürdlər əksəriyyət təşkil edir.

Polis binasına yaxın baş vermiş partlayış nəticəsində ən azı bir nəfərin həlak olduğu deyilir.

Xanım Yüksekdağ isə paytaxt Ankarada həbs edilib.

diyarbakir-azeuro-1

Türkiyədə iyul ayında baş vermiş çevrilişə cəhdin arxasından fövqəladə vəziyyət hökm sürür.

Fövqəladə vəziyyət prezident Recep Tayyip Erdoğan və onun kabinetinə parlamentsiz yeni qanunlar hazırlamağa və bəzi azadlıqları məhdudlaşdırmağa imkan verir.