Ağstafa sakininin evini qarət edib külli miqdarda pul və qızıl aparıblar.

AzEuroNews.com-un məlumatına görə, Ağstafa rayonunda Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat 13 min 100 ABŞ dolları pul, habelə 1000 ABŞ dolları dəyərində qızıl əşyaları aparılıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yenigün kənd sakini Nəsib Tağıyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.