Bakıda marketdə xadiməni soyaraq pulunu aparıblar.

AzEuroNews.com-un məlumatına görə, hadisə Xətai rayonu ərazisində yerləşən mağazalardan birində qeydə alınıb. Mağazaya gələn naməlum şəxs orada xadimə işləyən Bakı sakini Ülkər Məhərrəmovaya məxsus içərisində 400 manat pul olan çantanı soyğunçuluq yolu ilə aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində
cinayət əməli törədən Lerik sakini, əvvəllər məhkum olunmuş Fikrət Feyziyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.