Goranboyda xeyli sayda silah-sursat tapılıb.

AzEuroNews.com -un məlumatına görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisindən aşağıdakı silah-sursatlar aşkar edilib:

* “AKM” və “AKS-47” markalı silahlar * “Naqan” markalı nömrəsi silinmiş tapança
* 2 ədəd qumbara
* 2 ədəd ov tüfəngi
* 1097 ədəd müxtəlif çaplı patron
* 5 ədəd patron darağı
* 15 ədəd giliz
* 3 ədəd alışdırıcı
* 1 süngü-bıçaq

Faktla bağlı araşdırma aparılır