Lənkəran sakini “Makarov” markalı tapança ilə tutulub.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, Lənkəranda “Makarov” markalı silahla tutulmuş Mahir Məmmədovun həmin silahı Astara rayon sakini Sücayət Hacızadədən 500 manata alması müəyyən edilib. Sücayət Hacızadə də tutularaq məsuliyyətə cəlb olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.