Lənkəranda həmyerlilərini döyüb pulunu və mobil telefonunu aparanlar tutulub.

Rayon Polis Şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayon sakini Vüsal Ələkbərovu döyərək 72 manat pulunu və mobil telefonunun soyğunçuluq yolu ilə aparıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbiləri ilə cinayəti törədənlərin Ramin Hüseynov və İlkin Mirverdiyev olması müəyyən edilib.

Hər iki şəxs tutulub və barələrində cinayət işi açılıb.