Kaliforniya ştatının Oklend və Berkli şəhərlərində, eləcə də Oreqon Universitetində respublikaçı Donald Trampın növbəti ABŞ prezidenti seçilməsindən narazı olanlar etiraz aksiyası keçirirlər. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

ABŞ-ın “BuzzFeed” portalının redaktoru etraz aksiyalarından birbaşa yayım yayımlayır. Onun sözlərinə görə, Oklenddə baş tutan etiraz aksiyasında təxminən 200 adam iştirak edir. Etirazçılar “Bizim prezident deyil!” şüarı səsləndirirlər.