Masallıda mal-qara oğruları tutulub.

Rayon polis şöbəsindən verilən məlumata görə, Masallı rayon sakinləri olan 5 nəfərə məxsus yardımçı təsərrüfatlardan ümumilikdə 10  baş iri və xırda buynuzlu mal-qara, habelə Sabirağa Əsədova məxsus evdən 200 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Həbibov tutulub.

Eyni zamanda rayon sakini Rizvan İsayevə məxsus 8 baş xırda buynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən həmyerliləri Emin Zeynalov, Elnur Məlikov, Nail Əhmədov və Ziyafət İbrahimov tutulublar.

Hər iki faktla bağlı açılmış cinayət işi davam etdirilir.