Salyanda ölümlə nəticələnən qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, müəyyən edilməmiş avtomobil yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirovanı  vurub. Nəticə Səidə Qədirova hadisə yerində ölüb. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “QAZel” markalı avtomobilin sürücüsü,  Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.