Salyanda piyadanı maşınla vurub öldürən sürücü qaçıb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən 35-40 yaşlı kişini vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.