Rusiya vətəndaşı Gəncədə silah-sursatla tutulub.

AzEuroNews.com-un məlumatına görə, Gəncənin Nizami rayonunda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış keçirilib. Bu zaman oradan müvafiq sənədləri olmayan 2 ədəd tüfəng,  78 ədəd patron və 6 ədə boş giliz aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.