BŞ-ın Aydaxo ştatında cinayətkarın axtarışı üzrə əməliyyat zamanı 3 nəfər yaralanıb.

“TASS” agentliyi xəbər verir ki, polislər odlu silahların qeyri-qanuni istifadəsində şübhəli bilinən 33 yaşlı Marko Romeronu saxlamağa çalışıblar.

Saxlanılarkən şübhəli şəxs atəş açmağa başlayıb. Polislər cavab atəşi açmağa məcbur olub. Atışma zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı və şübhəli şəxsin özü də yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.