Birləşmiş Ştatların Əfqanıstandakı səfirliyi “təhlükəsizlik tədbirləri” səbəbindən bağlanıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Diplomatik nümayəndəliyin bağlanması haqqında qərar silahlıların ABŞ-ın Kabil yaxınlığında yerləşən “Baqram” hərbi bazasına hücumundan sonra qəbul olunub. Hücum nəticəsində iki Amerika əsgəri və iki müqavilə üzrə qulluq edən hərbçi həlak olub.