Gəncədə maşın qaçıran keçmiş məhkumlar tutulublar.

AzEuroNews.com-un məlumatına görə, Gəncə şəhəri ərazisindən şəhər sakini Vahid Yusifova məxsus “Tofaş” markalı avtomobil qaçırılıb. Avtomobil Gəncə Beynəlxalq Hava Limanının ərazisində əzilmiş vəziyyətdə tapılıb.  Hadisəni  törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Quliyev və Amin Məmmədov tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.