Bakıda avtomobilləri soyan Yevlax sakini tutulub.

Nərimanov Rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayonu ərazisində Bakı şəhər sakini Barat Nuriyevə məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 300 manat və 300 türk lirəsi oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Aqil Camalov tutulub. Onun daha iki paytaxt sakininə məxsus avtomobillərdən pul və noutbuk oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.