Gəncədə qızıl mağazası soyulub.

AzEuroNews.com-un məlumatına görə, Gəncə şəhərində şəhər sakini Emin Mustafayevə məxsus qızıl satışı mağazasına gəlmiş naməlum şəxs onu bıçaqla hədələyərək quldurluq yolu ilə oradan 100 manat dəyərində qızıl bilərzik aparıb. Hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Babayev tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri aparılır.