Astarada 4 yaşlı uşaq 3 yaşlı qardaşını güllələyib.

Astara Rayon Polis Şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonunun Siyəkü kəndində qeydə alınıb. Belə ki, kənddə yaşayan 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə 3 yaşlı qardaşı Güloğlana xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.