Bakı, Kürdəmir, Balakən, Yardımlı və Qəbələ sakinləri silah-sursatla tutulub.

AzEuroNews.com-un məlumatına görə, Şəkinin Şirinbulaq kəndində Bakı şəhər sakini Mehman Məmmədovdan müvafiq sənədləri olmayan “Baykal” markalı, Kürdəmirdə Ağsu rayon sakini Elşən Kərimovdan,  Balakəndə Talalar kənd sakini Kamran Musayevdən “İJ-18 ” markalı, Sumqayıtda Yardımlı rayon sakini Samir Abbasovdan nömrəsi silinmiş “İJ-16”,   Qəbələdə  isə  Tüntülü kənd sakini Bəhruz Rəşidovdan “Tula” markalı ov tüfəngləri götürülüb.

Faktla bağlı araşdırma aparılır.