“Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq”.

Bunu “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O, həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.