Noyabrın 14-də Xətai rayonu, Gəncə prospekti 20A ünvanında yerləşən binanın sakinləri Gəncə prospektini bağlayıbar.

Aksiyaçılar deyirlər ki, 2 ildən çoxdur rəsmi qurumlara müraciət edirlər, amma qəzalı vəziyyətdə olan bina ilə əlaqəli heç bir tədbir görülmür.

Meydan TV-yə müsahibə verən bina sakinləri deyiblər: ” Bina qəzalı vəziyyətdədir, evdə otura bilmirik. Panellər aralanıb. Bina başımıza çökəcək”.

Günün sonu olduğundan Fövqəladə Hallar Nazirliyindən və Xətai rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. (meydan.tv)