Lerikdə kişi öz həyat yoldaşını 4 yaşlı uşağı ilə şantaj edib.

AzEuroNews.com-un məlumatına görə, Lerik şəhər sakini Sənay Nəhmətova polisə müraciət edərək şəhər ərazisində işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını və bununla əlaqədar sosial şəbəkəyə videogörüntü yerləşdirməsini bildirib. Araşdırma zamanı Xədicənin 2015-ci ilin sentyabrında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini bildirməklə Sənay Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.