Ağstafada ölümlə nəticələnən qəza baş verib.

AzEuroNews.com– un məlumatına görə, Ağstafanın Dağkəsəmən kəndində rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi “Opel”, Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə İmamverdi Məmmədov, Vaqif Ələkbərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. İmamverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.