Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.

AzEuroNews.com-un məlumatına görə, odlu silah-sursatın və küllli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

Zəngilan Rayon Polis Şöbəsinə Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Canar Umudov və Kamil Cəfərov 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10000 manata satmaq istəyən zaman saxlanılıblar.

Zəngilan RPŞ daxil olan növbəti əməliyyat məlumatı əsasında daha bir əməliyyat-axtarış tədbiri isə Lənkəran şəhəri ərazisində həyata keçirilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz “Makarov” tipli tapança və həmin silaha məxsus bir ədəd sandıqça gəzdirən Astara rayon sakini Mahir Məmmədov saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq Mащир Məmmədova həmin silah və döyüş sursatını verən həmyerlisi Şücaət Hacızadə də saxlanılaraq məsuliyyətə cəlb olunub. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ogru-azeuro-1 ogru-azeuro-2 ogru-azeuro-4