Qubada ölümlə nəticələnən qəza baş verib.

AzEuroNews.com-un məlumatına görə, Quba rayonunun Pirvahid kəndində rayon sakinləri Sahib Mircəfərovun idarə etdiyi “MAN” və Əzizağa Hüseynovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.