Goranboy sakininin evini soyan şəxslər tapılıb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə,  rayon sakini Rəhman Qəhrəmanovun evindən 1600 manat pul və 3300 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Sadiq Bağırov tutulub. Daha 2 nəfər isə müəyyən edilib.