Sabirabadda qanunsuz quş ovlayan rayon sakini tutulub.

AzEuroNews.com-un məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində  Baş Mil-Muğan kollektorunun sahilində qanunsuz quş ovladığı üçün Sabirabad rayon sakini Ceyhun Təhməzov saxlanılıb. Ondan “İJ-58” və “TOZ-16” markalı tüfənglər, 2 ədəd giliz və 2 ov quşu götürülüb.

Faktla bağlı araşdırma aparılır.