Ukraynanın Slavyansk şəhərinin mer müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

“Merin müavini UTX tərəfindən 150 min qriven (5,7 min dollar) rüşvət alarkən saxlanılıb. Merin müavini köhnə uşaq bağçasının binasının özəlləşdirilməsi ilə bağlı tenderdə sahibkara üstünlük verməsi üçün rüşvət istədiyi bildirilir”, – deyə UTX yaydığı məlumatda bildirilir.

Ukrayna polisi faktla bağlı araşdırma aparılır. Məmurun kimliyi açıqlanmayıb.