Oğurlanmış nömrə ilə avtomobili idarə edən sürücü tutulub.

AzEuroNews.com-un məlumatına görə, oktyabrın 1-də Bakı şəhər sakini Afiq Cabbarova məxsus “Opel” markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan “Daevoo” markalı avtomobilin Sabirabad rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılıb. Avtomobili idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilib.