Göyçayda gənclər arasında dava qanlı sonluqla bitib.

AzEuroNews.com-un məlumatına görə, moyabrın 11-də Göyçay şəhəri ərazisindən şəhər sakini Pərviz Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında şəhər ərazisində yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün P.Əliyevlə həmyerlisi Ruslan Xəlilov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə R.Xəlilov tutulub.