Hollivud aktyoru Robert Dauni rejissor kimi debüt edəcək.

Aktyor özünü həmkarlarından fərqli olaraq kino sahəsində yox, televiziya sahəsində sınayacaq.

Robert televiziyada yayımlanmaq üçün nəzərdə tutulan yeni serialın rejissoru və prodüseri olacaq. Filmdə baş rol üçün Entoni Maykl Holl kamera qarşısına keçəcək. Layihə üzərində “dəmir adam”ın həyat yoldaşı Syuzan Dauni də işləyəcək.

Filmin süjet xətti barədə məlumat verilmir. Dauni hələ ki pilot seriyanı lentə alacaq. Layihə aktyorun Maykl Holl ilə ilk əməkdaşlığı deyil. 1988-ci ildə ekranlara çıxan “Conni, yaxşı adam ol” filmində də aktyorlar tərəf müqabili olublar.