Türkiyə prezidentinin andiçmə mətni dəyişdirilir.

“Report” Haber7-yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyətçi Hərəkat Partiyasına (MHP) təqdim etdiyi Konstitusiyaya dəyişikliklərə dair paketdə bu da var.

İnformasiyaya əsasən, buna səbəb kimi andiçmə mətninin uzun olması, habelə Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir. Xəbərə görə, mətn qısaldılaraq, anlaşılan və düzgün bir hala salınacaq.

Məlumata əsasən, Baş Nazirlik və Nazirlər Kabineti ilə bağlı 8 maddə öz funksiyasını itirəcək.