ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xarici dövlətin lideri ilə ilk görüşünü keçirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, Yaponiyanın baş naziri Sindzo Abe ilə Nyu-Yorkda görüşüb.

İnformasiyaya əsasən, görüş haqda əlavə məlumat yayılmayıb.

Xəbərə görə, görüşdən sonra Siondzo Abe deyib ki, ABŞ-ın yeni seçilən prezidenti ilə etibarlı münasibət qura bilərlər: “Uyğun zamanda yenidən görüşəcəyimizlə bağlı razılığa gəldik. Mən əminəm ki, Donald Tramp etibarlı lider olacaq”.

Yeri gəlmişkən, prezident seçkisiqabağı kampaniya zamanı Tramp dəfələrlə bildirmişdi ki, Yaponiyanın təhlükəsizliyinə təminat verən ABŞ-ın bu ölkədəki hərbi bazasına Tokio daha çox pul xərcləməlidir.