Füzuli və Yevlaxda mal-qara oğruları tutulub.

AzEuroNews.com-un məlumatına görə, Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayon sakini Yaşar İbişova məxsus yardımçı təsərrüfatdan 1 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi Elmir Quliyev tutulub.
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon sakini Bəhruz Zalova məxsus yardımçı təsərrüfatdan 3 cins iti, 5 ev quşunu və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş – Rəşad Qasımov və Zaur Əliyev tutulublar.