“Yaş sadəcə rəqəmdir” – 80 yaşlı model baba

Yalnız gənc xanım və bəylər model ola bilər. Yəqin çoxlarınız belə fikirləşir. Lakin, Çində model kimi məşhur olan 80 yaşlı Vang Deşhundən podiumda atdığı hər addımla bu fikrləri  tamamilə alt-üst edir.

Çinli Vang Deşhun yaşından asılı olmayaraq, hər zaman xarici görünüşünə, geyiminə diqqət edir, müntəzəm olaraq idmanla məşğul olur. Yaşlı adamın bu cür baxımlı olması model şirkətlərindən birinin də diqqətini çəkib.

Hazırda podiumlarda əsl performans nümayiş etdirən 80 yaşlı baba gənc həmkarlarından bir addım belə geri qalmır.

“İnsanı yaş yox, düşüncə, təfəkkür tərzi qocaldır”, – deyən yaşlı model, yaşın sadəcə rəqəm olduğunu hesab edir.