Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin Avropa meydanındakı cinayət işi üzrə dindirilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sorğu-sual noyabrın 29-da keçirilməli olsa da, dünən Prezident Administrasiyasında baş tutub.

Dindirilmə 6 saat çəkib. Prezident Maydan işinin bəzi epizodları ilə bağlı sorğu-sual edilib.

Ukrayna Baş Prokurorluğunun xüsusi araşdırma departamentinin rəisi Sergey Qorbatyuk bildirib ki, Maydan işi ürə 70 şübhəli axtarışa verilib. Onların arasında ölkədən qaçan keçmiş prezident Viktor Yanukoviç də var.