Masallıda 1 nəfərin ölümü, 3 nəfərin  yaralanması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

AzEuroNews.com-un məlumatına görə,  Masallı rayonunun Təzə Alvadı kəndində rayon sakini Bəhrəm Şükürovun və Astara rayon sakini Elmar Səmədovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə B.Şükürovun sərnişinlərindən – atası Hidayət Şükürov hadisə yerində ölüb, digər 2 sərnişini, habelə E.Səmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.