Yasamalda baş verən partlayış zamanı bir nəfər yaralanıb.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Adil Kazımovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin pəncərə şüşələri sınıb, əl nahiyəsindən yanıq xəsarəti alan A.Kazımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.