İspaniya şirkəti yeni ixtirası ilə ənənəvi şərab istehsalçılarını silkələyib.

“Gïk Blue” adı verilən şərablar dünyada ilk belə istehsaldır.
Şərabın yaradıcılarından olan Aritz Lopez ideyasını reallaşdırmaq üçün Bask Üniversitetinin kimyaçılarından yardım alıb.

Şərabda mavi rəngi almaq üçün onlar təbii üsuldan istifadə ediblər. “Gïk Blue” qırmızı və ağ üzümlərin müxtəlif növlərinin iki orqanik piqmentindən alınır: qırmızı üzümün qabığındakı antosiyanin və qırmızı-mavi qida boyası olaraq istifadə edilən, indigotin adlı orqanik birləşmələrdən.

mavi-serab-azeuro-2