Abşeronda “Mercedes” markalı avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
AzEuroNews.com-un məlumatına görə, noyabrın 10-da Abşeron rayonu ərazisində Namiq İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rəşad Bəşirovu vurub. Xəstəxanaya yerləşdirilən R.Bəşirov noyabrın 21-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma apılır.