Beyləqanda yolu atla keçən 81 yaşlı kişini maşın vurub öldürüb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a  verilən məlumata görə,  hadisə  rayonun Şahsevən kəndində qeydə alınıb. Rayon sakini Həsənağa Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Azadov orada ölüb.

Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.