Binəqədidə baş verən yanğın zamanı 79 yaşlı qadının meyiti tapılıb.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayon ərazisində yaşayan Alimə Sadıqovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar qismən yanıb.

Yanğın söndürüldükdən sonra isə 79 yaşlı A.Sadıqovanın tüstüdən boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.