Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar.

Məlumata görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda bank konfransında bildirib.

O qeyd edib ki, bu məqsədlə xüsusi hüquqi platforma hazırlanıb:

“Qanun layihəsi artıq hazırdır. Layihə bank menecmentləri üçün maliyyə, cinayət və inzibati məsuliyyəti nəzərdə tutur”.