Abşeronda sexdən oğurluq edənlər tutulub.

AzEuroNews.com-un məlumatına görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakini Cavid Feyziyevə məxsus sexdən 102 ədəd işıq plafonu oğurlamaqda şübhəli bilinən Qax rayon sakini Seyfəddin Ramazanov və Saatlı rayon sakini Ramil Əliyev tutulublar.

Faktla bağlı açılmış cinayət işi davam etdirilir.